Şəhid ailələrinə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başladı

  • By admin
  • 12 Oktyabr 2016 12:33

mehkeme

Sumqayıt Apellyasiya Məhkəməsində Qarabağ döyüşlərində iştirak etmiş, şəhid və itkin düşmüş şəxslərin ailələrinə qarşı dələduzluqda təqsirli bilinən Ceyhun Əliyev, Vaqif Məmmədov, Samir Hümbətov, Məhyəddin Behbudovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

HTML tutorial

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər. Proses oktyabrın 25-də davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Əliyev 11 il 1 ay, Vaqif Məmmədov 11 il 6 ay, Samir Hübbətov və Məhyəddin Behbudova 11 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxslər Sumqayıt şəhərində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədiblər. 2009-2013-cü illərdə fəaliyyət göstərən dəstə üzvləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda itkin düşmüş şəxslərin ailə üzvləri və Qarabağ döyüşlərində iştirak edənlər üçün bina tikiləcəyini bildiriblər. Onlar binada Qarabağ müharibəsi iştirakçıları və Qarabağ döyüşlərində şəhid olanların ailələri üzvlərinə mənzillərin verilməsində kömək göstərəcəklərini vəd ediblər. 1 otaqlı evi 8 min manata, 2 otaqlı evi 10 min manata, 3 otaqlı evi 12 min manata satacaqlarını deyiblər.

Dəstə üzvləri Milli Məclisin sosial təminat şöbəsinin müdiri A. Ağayev tərəfindən mənzillərə guya zərərçəkmişlərin adlarına rəsmiləşdirilməsi barədə saxta sənəd təqdim ediblər. Beləliklə, həmin saxta sənədi göstərməklə zərərçəkmişləri aldadıblar.

Gununsesi.info