Şəhid ailələrinə şad xəbər - TƏHSİL HAQLARINDAN AZAD OLUNACAQLAR

  • By admin
  • 09 Sentyabr 2016 16:16

meclis

Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunurlar.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 9-da keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 3-cü (Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları) maddəsinə əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərini təhsil haqqını ödəməkdən azad olunurlar.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Gununsesi.info