Şəhid ailəsini aldadıb pulunu aldılar - BAKIDA FİLM KİMİ CİNAYƏT/ VİDEO

  • By admin
  • 06 Oktyabr 2022 17:09

Azərbaycanda film kimi cinayət hadisəsi baş verib.

Bu cinayətin qurbanı isə 44 Günlük Vətən Savaşının şəhidi olan  Nicat Xələfovun valideynləri olub.

HTML tutorial

Belə ki, özünü jurnalist kimi təqdim edən Elcan Məmiyev adlı şəxs Nicatın şəhid olduğu dövrlərdən onların ailəsinə ayaq açıb.

Ailənin etimadını qazanan Elcan Məmiyev günlərin birində Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimovun  “Palmali”yə məxsus tankerlərdən birinə şəhid Nicatın adını verəcəyi xəbərini çatdırıb.

Bu işdə Elvin adlı dostunu ailəyə “Palmali Group”un əməkdaşı kimi təqdim edən  Elcan Məmiyev  ağlagəlməz yolla Mübariz Mənsimovun adından Dilarə Xələfovaya zəng etdirir.

Belə ki, iş adamının sosial şəbəkə hesabında bir neçə ay əvvəl şəhid Pəncəli Teymurovun anası ilə olan telefon danışığını montaj edərək, onu Mənsimovun səsi ilə “İstanbula açılışa” dəvət edir.

Bu xəbərin sevincini yaşayan ailəyə ikinci bir yalan sırınır.

Bu dəfə Dilarə xanımın evinə gələn Elcan 28 saylı orta məktəbə  Nicatın adının verildiyini deyir.

Saxta plaket

Məktəbin açılışı üçün 2 min manat lazım olduğunu deyən Elcan həmin pullarla banerlər və açılış tədbirinin texniki məsələlərinin həll ediləcəyini  bildirib.

Ailənin pulu olmadığından gecəylə 1500 manat faizlə pul taparaq, Elcana verirlər.

Şəhid ailəsi Bilik Günü dələduzluq cinayətinin qurbanı olduğunu başa düşür.

Elcan Məmiyev Lerikdən olan deputat İqbal Məmmədovla

Şəhid ailəsi şikayətinin hazırda   14-cü Polis Bölməsində araşdırıldığını desə də  ortada real nəticə olmamasından narazılıq edir.

Gununsesi.info olayla bağlı Elcan Məmiyevin də mövqeyini öyərənə bilib.

17 yaşlı tələbə olduğunu deyən Elcan Məmiyevin sözlərinə görə, baş verənlərin günahkarı Elvin Abbasov adlı tanışıdır: “Mən də aldanmışam. Amma mən o pulu qaytarmağa hazıram. Ailə daha çox tələb edir. Polisdə iş araşdırılıb və mənim günahım olmadığı üzə çıxıb”.
DİN -nin Mətbuat Xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, dələduzluq əməli bağlı xüsuslar nəzarətə götürülüb:

”Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bütün zəruri tədbirlər icra olunacaqdır”.

 

Mətləb 

Gununsesi.info