Xalq artisti Nazpəri Dostəliyeva oğlunun vəfatından sonra onunla bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, N.Dostəliyevan instaqram hesabındakı paylaşımında yazıb:
“Məkanın cənnət olsun Əli balam. Nə qədər yansam da, bir təsəllim var: şəhid analarından artıq deyiləm. Övlad itirən valideynlər, Allah bizə səbir versin.
Bu ağır günümdə yanımda olan, məni axtaran dostlarım, əzizlərim, Allah hər birinizdən razı olsun”.
Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev martın 22-də, günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
Gununsesi.info