Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Mehdili Niftalının anası Şirmayə Mehdiyeva vəfat edib.

Gununsesi.info xəbər verir ki, şəhidin anası 59 yaşında yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Şirmayə xanım oğlunun şəhid olmasından sonra ağır xəstəliyə düşmüşdü.

Şəhid anası vəfat etdi