Şəhid atası vəfat etdi

  • By Günel
  • 27 Noyabr 2024 23:11

Şəhid Şahlar Nəzərovun atası vəfat edib.

Gununsesi.info xəbər verir ki, Yaşar Nəzərovun səhhətində son aylarda problemlər yaranıb.

O, bu gün Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən şəhid olub.

Gununsesi.info