Şəhid Cavanşir Hüseynovun nəşinin qalıqları tapılıb.
Gununsesi.info xəbər verir ki, Cavanşir Ərşad Hüseynovun nəşinin qalıqları 31 ildən sonra Füzuli rayonunun Bəhmənli kənd qəbiristanlığında tapılıb. Nəşin qalıqları tez bir zamanda ailəsinə təhvil veriləcək və Mehdiabad qəbiristanlığında onunla birgə girov götürülən şəhid Şirinov Nazim Şirin oğlunun yanında dəfn olunacaq.
Qeyd edək ki, Hüseynov Cavanşir Ərşad oğlu 1960-cı ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub.
23 oktyabr 1993-cü ildə qohumunun idarə etdiyi avtomobillə hərəkət edərkən Füzuli rayonunun Kərimbəyli və Şükürbəyli kəndləri arasındakı ərazidə ermənilər tərəfindən girov götürülüb.
Onunla birgə qohumları Şirinov Şirin Bilal oğlu, Şirinov Nazim Şirin oğlu, Şirinov Tahir Şirin oğlu və Əliyeva Nisə Xanlar qızı da ermənilərə əsir düşüb.
Gununsesi.info