Şəhid pilotun atası ayrılığa dözmədi - TARYEL MUSAZADƏ VƏFAT EDİB

  • By admin
  • 23 May 2017 10:02

tebriz musayevin atasi

2016-cı ilin aprel döyüşlərində ermənilərlə qeyri-bərabər savaşda qəhrəmancasına vuruşaraq, düşmən ordusunun mühüm mövqelərindən birinə tarana gedərək, şəhid olmuş pilot Təbriz Musazadənin atası Taryel Musazadə bu gün gecə axşam saatlarında qəflətən vəfat edib.

Gununsesi.info-ya şəhidin anasının verdiyi məlumata görə, T.Musazadə oğul itkisinə dözməyib.

Qeyd edək ki, şəhid atası Taryel Musazadə ürəyindən ağır əməliyyat keçirmişdi. O son illər xərçəng xəstəliyindən də əziyyət çəkirmiş.

Allah rəhmət eləsin.

Gülnaz Qənbərli

Gununsesi.info