Şəhid pilotun atası Mübariz Mənsimovun qonağı olub - VİDEO

  • By admin
  • 17 Yanvar 2023 16:41

“Bu gün bir şəhid atası dəyərli qonağım oldu. Bu, böyük qardaşım, şəhid kapitan, pilot Xəyyam Əliyevin atası Əlixan müəllim idi. Xəyyam Əliyev 2021-ci ilin 17 dekabrında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən helikopterin qəzaya uğrması nəticəsində şəhid olub. Şəhid atası ilə söhbətimiz zamanı çox təsirləndim və bütün günü bu təsirin altından çıxa bilmədim”.

Gununsesi.info bildirir ki, bunu Türkiyənin “Palmali Group”un sahibi azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə yazıb.

HTML tutorial

İş adamı daha sonra təsürratlarını belə ifadə edib:

“Bir atanın “Allah mənə səbir vermir, verməsin” və ya “yaşaya bilmirəm” sözlərini deməsi məni dərindən sarsıtdı və bunu mən də sözlə ifadə edə bilmirəm. Danışdıqca gözündən axan yaşlar üzündəki kədəri yuyurdu sanki… Amma göz yaşları da çarəsiz idi bu ağrının, bu acının qarşısında… Oğlunu itirdiyinin fərqindədir, amma bunu yenə də qəbul edə bilmir. Təsəlli üçün gəlmişdi dəyərli qonağım. Gəmilərin üzərində oğlunun adını yaşatmaq istəyirdi. Təbii ki, bizim də “yox” deməyə haqqımız yoxdur. Kaş ki, imkanımız olsun və bütün şəhidlərimizin adını dünya sularında tanıdıb əbədiləşdirə bilək. Növbəti gəmiyə kapitan pilot Xəyyamın adı veriləcək. Səmaların kapitanın adı bundan sonra dünya sularında üzəcək. Xəyyam eyni zamanda qardaşı Fərmanla birlikdə Vətən müharibəsi iştirakçısı idi. Şəhid Xəyyam Əliyev müharibə dönəmində helikopter ilə yaralı və sursat daşıyırmış. Başını dik tut, şəhid atası! Sənin oğlun, bizim qardaşımız Vətən uğrunda şəhid olub. Bütün Azərbaycan oğlunun və sənin qarşında baş əyir”.

 

Mətləb

Gununsesi.info