Şəhid polkovnikin ailəsi jurnalistlərə təşəkkür etdi

  • By admin
  • 16 Avqust 2016 15:40

raquf

Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raqub Orucovun ailəsi adından mətbuata və ictimaiyyətə müraciət ünvanlanıb.

Gununsesi.info-nun məlumatına görə, müraciətdə bildirilir ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə həlak olan bütün vətənsevər, qeyrətli övladlarımızın xatirəsinə xalqımız daim böyük hörmət və ehtiram göstərir. Bu işdə mətbuat işçilərinin də səmimi və təəssübkeş münasibəti minnətdarlıq hissi ilə dəyərləndirilir və buna görə şəhid polkovnikin ailə üzləri jurnalistlərə təşəkkür edir.

“Bununla yanaşı, bəzi  jurnalistlərin və media qurumlarının şəhid polkovnik-leytenant Raqub Orucov və onun ailə üzvləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayması, belə əsassız məlumatlardan istifadə etməklə ictimai ajiotaj yaratmağa cəhd göstərməsi bizdə ciddi narahatlıq və narazılıq  hissi doğurur. Biz hörmətli jurnalistləri və ictimai fəalları şəhidimiz və ailə üzvlərimizlə bağlı məsələlərdə sui-istifadə hallarına yol verməməyə çağırırıq” – deyə, müraciətdə bildirilir.