Şəhid qardaşının üzrxahlıq videosunun çəkdirilməsi ölkə rəhbərliyini qəzəbləndirib

  • By admin
  • 17 Sentyabr 2022 09:11
Şəhid Səbuhi Əhmədovun qardaşının “təkzib” videosu ilə bağlı bu rəzilliyi edənlərə qarşı dövlətin ali rəhbərliyindən çox sərt reaksiya gəlib.

Gununsesi.info xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib. “Belə də gözləyirdik! İnşallah, bu şərəfsizliyi düşünən, çəkən və yayanlar çox yaxın zamanda cəzalanacaqlar! Allah dövlətimizi qorusun!” deyə R.Kərimoğlu qeyd edib.

Onu da bildirək ki, bu videonun ictimailəşdiriliməsi hakimiyyət əleyhinə fikirlərə səbəb olub.