Şəhid qardaşların atası vəfat etdi - VİDEO/FOTOLAR

  • By admin
  • 16 İyul 2023 10:16

Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan lerikli gənclər – Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanov dünyasını dəyişib.

Bu barədə ailənin yaxınları sosial şəbəkələrdə paylaşımlar ediblər.

Qeyd edək ki, Tahir Mövlanovun övladlarından sonra səhhətinin kəskin pisləşdiyi, müalicə aldığı bildirilirdi.