Şəhid Şahlar Nəzərovun atasından ürək parçalayan sözlər: “TƏƏSSÜF Kİ, O, ÖVLADINI GÖRƏ BİLMƏDİ" (FOTOLAR)

  • By admin
  • 28 Fevral 2017 10:57
SEHİD
Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli – Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub.
Gununsesi.info xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları,  Milli Məclisin deputatı Musa Qasımlı, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib. 
Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb. 
Qeyd edək ki, Şahlar 1990-cı ilin aprelin 25-də Yardımlı rayonu Peştəsər kəndində dünyaya gəlib.
Şəhidin atası Yaşar oğlu haqqında bunları deyib:  “Vətəni canından çox istəyirdi. Onun əmiləri də hərbçi olublar. Şahlar ötən ilin avqust ayında ilə həyatı qurmuşdu. Bir-iki aydan sonra onun övladı dünyaya gələcək”.
“Təəssüf ki, o, övladını görə bilmədi”- deyə, o, göz yaşlarını saxlaya bilmədi.
Onu da qeyd edək ki, Şahların atası Yaşar kişi də ağır xəstədir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
SEHİD1
16864959_692156590957002_3166969659517541321_n 16996407_692156334290361_5257910771825076102_n 16997835_692156287623699_5128956584608812630_n 16998004_692156397623688_5169063655663045157_n 16998043_692156487623679_4273417414709890902_n 16998154_692156434290351_7775170251874516007_n 16998208_692156620956999_8156235429009369842_n 16998864_692156100957051_5747130367471234892_n (1) 16998864_692156100957051_5747130367471234892_n 17021538_692156360957025_4083972871186379097_n 17021613_692156117623716_4800701633751150212_n 17022461_692156547623673_8252687885495461748_n 17022481_692156517623676_4112066086739721302_n
Mürtəza
Gununsesi.info