Şəhid və qazi ailələrinin müraciətləri təmin olundu - VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyi şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşır.

Şəhid Mehman Bayramovun anası Qənirə Bayramova SOCAR “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin təbii qazla təmin olunmasını xahiş edib. SOCAR “Azəriqaz” İB tərəfindən qısa müddət ərzində şəhid ailəsinin müraciəti təmin olunub. Fərdi yaşayış evi qazlaşdırılaraq, sayğac quraşdırılıb.

HTML tutorial

Görülən işlər çərçivəsində daha bir Vətən müharibəsi iştirakçısının müraciəti də həllini tapıb. Şəmkir rayonunun Seyfəli kənd sakini Elvin Məmmədov fərdi yaşayış evinin təbii qazla təmin olunmasını xahiş edib. Qazinin müraciəti əsasında fərdi yaşayış evinin qazlaşdırılması SOCAR “Azəriqaz” İB tərəfindən təmin olunub.

Gununsesi.info