Bu gün 20 şəhid valideyni Naxçıvandan Şuşaya yola düşüb.
Gununsesi.info-nun yerli bürosu xəbər verir ki, səfəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təşkil edib.
Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.
Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.