“Şəhidimizin cəsədini almalıyıq!” - ROZA ƏLIQIZI

  • By admin
  • 09 Yanvar 2017 12:37

 roza

 “Əsgər Ailəsi” cəmiyyətinin sədri, hərbi jurnalist Roza Əliqızı dekabrın 29-da Ermənistanla təmas xəttindəki ərazidə Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Salman oğlu Qurbanovun cəsədinin İrəvana aparılmasından, şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayımlanmasından dolayı təəssüfləndiyini və həmin fotoları sosial şəbəkələrdə yayımlanmasını məqsədə uyğun olmadığını bildirib.

Gununsesi.info-nun xəbərinə görə,  Roza Əliqızı, itkin düşmüş səhid əsgərimizlə bağlı  bu günədək  qədər məlumat olmamasından narahatlığini bildirərək, bütün Azərbaycan cəmiyyətinə,ölkə rəhbərliyinə, güc strukturlarına , ziyalılara, GHT rəhbərlərinə və mətbuata müraciət edib.

Müraciətdə bildirilib ki,  ermənilərin, şəhidimizin cəsədini İrəvana  aparıb  rəsmlərini çəkərək yayımlaması hər birimizi narahat etməli, buna biganə qalmamalı şəhid əsgərimizi geri almaq üçün səsimizi qaldırmalı, beynəlxalq təşkilatlara müraciətlər etməli və bəyanatlar verməliyik! 

“Necə ki,10 yaşlı Nurayın fəryadına biganə qalmadıq, ictimailəşdirdik, əlaqədar təşkilatların nəzarətinə çatdırdıq, eləcə də, şəhid əsgərimizin ailəsinə dəstək olmalı, şəhidimizin cəsədinin ailəsinə qaytarılması üçün tələblər irəli sürməliyik! 

“Əsgər Ailəsi” cəmiyyəti bununla bağlı Beynaəlxalq Təşkilatlara, Qırmızı Xaç Cəmiyyətinə şəhidimizn cəsədinin ailəsinə qaytarılması, qəti addımlar atması üçün bəyanat göndərib. Ermənilər tərəfindən girov götürülmüş şəhid əsgərimiz Çingiz Qurbanov bu gün təkcə Qurbanovlar ailəsinin deyil, hər bir Azərbaycan ailəsinin övladı olmalıdır, çünki o, Vətən  yolunda şəhid olib!

Gülnaz Qənbərli

Gununsesi.info