Zaqatalada iki nəfər dəm qazından zəhərlənib.
Gununsesi.info “Qafqazinfo”- ya istinadən məlumat verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü İrapova Nayimə və 2009-cu il təvəllüdlü İrapova Havva dəm qazından zəhərlənərək Zaqatala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, zərərçəkənlər Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
Gununsesi.info