Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Asim Abdullayevin övladı dünyaya gəlib.
Gununsesi.info xəbər verir ki, Tovuz rayonunda doğulan körpəyə Günay adı verilib.
Şəhid övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.
Qeyd edək ki, Abdullayev Asim Cavanşir oğlu 10 dekabr 1982-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin
MAHHXHQ kiçik çavuşu olub.
23 sentyabr 2023-cü ildə Ağdərə rayonunda şəhid olub.
Tovuz rayonu Vahidli kənd qəbiristanlığında dəfn edilib.
Gununsesi.info