Şəhidlərlə bağlı Qanuna dəyişiklik edilir

Azərbaycan parlamenti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihəni müzakirəyə çıxarıb.

Gununsesi.info xəbər verir ki, yeni qanun layihəsinə əsasən 6-cı maddəyə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilsin.

HTML tutorial

Qeyd edək ki, bu dəyişikliklər şəhid ailələrinə dəstək üçün əlavə mənbələri genişləndirilir. Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyev mövzu ətrafında danışarkən deyib ki, şəhidlərimizina adı kollektiv əbədiləşdirib: “İndi hər bir rayonumuzda Şəhidlər parkı var. Amma xüsusi qəhramanlıq göstərən şəhidlərin adı əbədiləşdirilir və bu, dünyanın hər yerində belədir”.

Komitə sədri bildirib ki, dövlətin gördüyü işləri də qeyd etmək lazımdır:

“Bəli, dinləmə də keçirilsin, tənqid və təklifləri yazıb mənə təqdim edin. Müharibədə 100 min insanımız iştirak edib. Biz hər gün burada şəhid ailəsi, qazi, veteran qəbul eidirk. Biz işimizi bu istiqamətdə qursaq, yaxşı olar”.

Gununsesi.info