Səhiyyə naziri 11 minlik internet hesabı səbəbiylə istefa verdi

  • By admin
  • 09 Fevral 2024 10:07

Şotlandiyada səhiyyə naziri Maykl Matheson internet xərclərinə görə ölkədə bir nömrəli gündəm məsələsinə çevrilib.

Gununsesi.info xəbər verir ki, Matheson 2022-ci ilin Milad tətilində ailəsi ilə birlikdə Mərakeşə gedib. Matheson parlament işində istifadə etmək üçün dövlətin ona ayırdığı planşetini uşaqlarına verib. Metysonun uşaqları “Seltik” və “Reyncers” komandaları arasında keçirilən futbol matçını planşetdə izləyərkən olanlar olub.

İnternet fakturası 10 min 935 funt-sterlinqə çatınca ölkə qarışıb. Matheson əvvəlcə planşetin parlament işi xaricində istifadə edilmədiyini söyləyib. Hesabın bu qədər yüksək olmasının səbəbi kimi SİM kart yeniləməsini göstərən Matheson müqaviləsinin bitdiyinin fərqində olmadığını iddia edib.

Bunun qanuni bir parlament xərci olduğunu iddia edən Matheson daha sonra reaksiyalara tab gətirə bilməyib geri addım atıb. Şotlandiyalı nazir deyib ki, həyat yoldaşı ona oğullarının sözügedən tarixdə əzəli rəqibləri “Seltik” və “Reyncers” arasındakı matçı izləmək üçün planşetin internet paylaşımından istifadə etdiyini etiraf edib.

Matheson hesabın 3000 funt-sterlinqini ödəyib, qalanını isə Səhiyyə Nazirliyi ödəyib. Haqqında araşdırma başladılan nazir Matheson pulu dövlətə ödəməyə razılaşıb. Matheson ona qarşı başladılan araşdırmanın nəticəsini gözləmədən istefa verib.

Gununsesi.info