Səhiyyə Nazirliyi 5 saylı Xəstəxanada baş verən ölümün səbəbini açıqladı

  • By admin
  • 13 Yanvar 2017 11:40

sahiyya

Səhiyyə Nazirliyi 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat zamanı baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yanvarın 12-də 31 yaşlı Vüsalə Məmmədova 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat vaxtı dünyasını dəyişib. Onun sözlərinə görə, ölümə ilkin səbəb olaraq tromboemboliya göstərilir:

“Hazırda ölümün səbəbləri araşdırılır. Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır və xəstənin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspert müayinəsindən keçirilir. Ölümün səbəbləri ekspert rəyindən və prokurorluğun araşdırmasından sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq”.

Gununsesi.info