“Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirədən sonra müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halların təhlili qadının ölüm səbəbini hər hansı bir hamiləliyə əks göstəriş sayılan ekstragenital xəstəliklərə görəbaş verməsi müəyyənləşdirilir”.
Gununsesi.info-nun məlumatına görə, bu haqda Səhiyyə Nazirliyinin respublikada ana ölümləri faktorunun ilkin səbəbləri haqqındakı açıqlamasında bəyan edilib. Açıqlamada bildirilir ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür. Belə ki, bir qrup səbəblərə hamiləlikdən öncə qadında mövcud olan xəstəliklər aiddir. Anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm: “Adətən, bu qrup xəstəliklər hamiləlikdən öncəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü büruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi ilə əlaqəli hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir. İkinci qrup səbəblər isə yalnız hamiləliklə əlaqəlidir və ancaq hamiləlik vaxtı üzə çıxır. Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür. Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında
Gülnaz Qənbərli
Gununsesi.info