
2016-cı ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə, laborator müayinələrin aparılması üçün 265 nümunə daxil olub.
Gununsesi.info-ya mərkəzdən verilən məlumata görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb.
Həmin şəxslərdən H3N2 virusunun aşkarlandığı 2 nəfər Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə yerləşdirilməyiblər.
Mərkəzdən bildirilib ki, sözügedən virusların aşkarlandığı xəstələrin heç birində ağırlaşma baş verməyib. Bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər.
Gülnaz Qənbərli
Gununsesi.info