Səhiyyə nazirliyi işçi axtarır

  • By admin
  • 16 İyun 2016 13:56

sehiyye

 

Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Gununsesi.info Səhiyyə nazirlliyinə istinadən bildirir ki müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu iyunun 14-dən 28-dək saat 18:00-dək Səhiyyə Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət edilə bilər.

Gülnaz Qənbərli