2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə 924 nəfər zəhərlənib.
Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.
Ötən ilin dekabr ayında Azərbaycanda 24 qida zəhərlənməsi baş verib, bu hadisələrdən 37 nəfər zərər çəkib. Dekabr ayında 3 botulizm hadisəsi baş verib ki, bundan da 9 nəfər zəhərlənib.