Səhiyyə sektoru üzrə əmək ödənişi xərcləri 2.6 faiz azaldılacaq - RÖVŞƏN AĞAYEV

  • By admin
  • 30 Oktyabr 2017 11:58

“Gələn ilin büdcə xərcləri 2017-ci ilin gözlənilən icrası ilə bağlı 3.063 milyard manat artımla proqnozlaşdırılır. Artan ümumi xərclərin cəmi 139 milyon manatı və ya 4.5%-i büdcə sektorunda çalışanların əmək ödənişinin artırılmasına sərf ediləcək”.

Gununsesi.info bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən xəbər verir.

İqtisadçı qeyd edir ki, ümumilikdə 2018-ci ilin büdcə xərclərinin 20%-i və ya 4.237 milyard manatı əmək ödənişi ilə bağlı olacaq: “Müqayisə edilən dövr üzrə əməyin ödənilməsi ilə bağlı xərclər dövlət idarəetmə sektorunda 27.6 milyon manat (5.2%), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarında 29.7 milyon manat (3.7%), təhsil sektorunda 133.6 milyon manat (10.6%) artacaq. Səhiyyə sektoru üzrə isə əmək ödənişi xərclərində 10 milyon manat (2.6%) azalma proqnozlaşdırılır”.

Vüsalə

Gununsesi.info