“Şəhla Hümbətova ilə bağlı qərara yenidən baxılacağına inanıram” -Vəkil Ceyhun Yusifov

  • By admin
  • 30 Noyabr 2019 21:45

“ Mən kimliyindən asılı olmayaraq, Vəkillər Kollegiyası üzvlərinin fəaliyyətinin dayandırılmasını dəstəkləmirəm.. Hesab edirəm ki, Şəhla Hümbətova ilə bağlı qərar olduqca sərtdir”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında Vəkil Ceyhun Yusifov bu barədə suala cavablandırarkən deyib.
Onun sözlərinə görə, Şəhla Hümbətova barəsində qərar verilərkən onun xanım olması və peşəkarlığı nəzərə alınmalı idi: “İnanmaq istərdim ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu məsələyə yenidən baxacaq və humanist qərar qəbul edəcək”.

Gunay Təhməzova
Gununsesi.org