Deyir, Mətanət İsgəndərli öz şəklini o qədər effektləyib ki, yanındakı kişi müğənniləri də tanınmaz hala düşüblər.
Bir ətək pul ver özünü əməliyyat etdir, bir ətək pul ver makiyaj elətdir, saç-başını düzəltdir, bir ətək pul ver bahalı geyim gey, bahalı aksesuar tax. Bütün bunların yığışıb səni gözəlləşdirməsinə inanma.
Sonra bir ətək pul ver ən bahalı telefon al, ən yuxarı pikselli kamera ilə fotolarını çəkdir. Yenə özündən razı qalma.
Götür, hansısa proqramla fotonu çək, yenə ürəyin soyumasın gözün ölçüsündən tutmuş ayaqlarının ölçüsünə qədər dəyişən effektdən istifadə et.
Bundan da doyma, gəncləşdirici effektdən də üst-üstə yağdır. Heç yanındakı kişi müğənniləri də nəzərə alma.
Məni qınamayın səhnəmizin ən yekə ulduzundan tutmuş ən xırdasınadək hamısının psixiatra ehtiyacı var. Heç biri özünü sevmir, hamısının özgüvən, özdəyər problemi var.
Hamısının İnstagram fotolarına baxanda adamın gülməyi gəlir. Bu qədər də effekt olar, bacılar? Nə olub? Yaşlanmaq yəni bu qədər qorxudur sizi?
Adamın yazığı gəlir bunlara. Heç bir ulduz dünyada bizimkilər qədər şitini-şorbasını çıxarmır.
Sonra deyirlər, dünya ulduzlarına heç nə demirsiniz, gözünüz bizi görür. Gözümüz sizi görmür ey, vallah, özünüz gəlib gözümüzə girirsiniz.
“Evi yıxılsın” effekt çıxaranın da, bizimkiləri ortalığa buraxanın da…
İradə İraq