Şəhriyar bu gün erməni şahmatçı ilə qarşılaşacaq

Şəhriyar bu gün erməni şahmatçı ilə qarşılaşacaq

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən şahmat tacına iddiaçılar turnirində bu gün 9-cu turun oyunları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov budəfəki görüşündə erməni şahmatçı Levon Aronyanla qarşılaşacaq.

Qeyd edək ki, bu, tərəflərin turnirdəki 2-ci qarşılaması olacaq. İlk oyun heç-heçə ilə başa çatıb.

9-cu tur

Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya)
Fabiano Karuana (ABŞ) – Dinq Liren (Çin)
Sergey Karyakin (Rusiya) – Vladimir Kramnik (Rusiya)

Turnir cədvəli: Karuana – 5,5 xal, Məmmədyarov – 5, Qrişuk – 4,5, Dinq – Liren 4, Kramnik, Karyakin – 3,5, Aronyan, So – 3

Gununsesi.info

COMMENTS