Şəhriyar Məmmədov yenə heç-heçə etdi

  • By admin
  • 18 Mart 2018 21:23

Berlində şahmat üzrə İddiaçılar turnirinin dördüncü turunun oyunları keçirilib.

Gununsesi.info xəbərinə görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı şahmatçı Aleksandr Qrişukla qarşılaşıb.

Partiya heç-heçə başa çatıb. Bərabərlikdən sonra Şəhriyar xallarının sayını 4,5-ə çatdırıb.

Digər partiyalar hələ davam edir:

Levon Aronyan (Ermənistan) – Fabiano Karuana (ABŞ)

Sergey Karyakin (Rusiya) – Uesli So (ABŞ)

Vladimir Kramnik (Rusiya) – Din Lijen (Çin)

Gununsesi.info