Şəhriyar Məmmədyarov dördüncü oldu

  • By admin
  • 30 Avqust 2021 09:10

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi – “Aimchess USRapid” turnirində daha 5 turun oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 6-cı turda Avonder Lianqı (ABŞ) məğlub edib. Yeddinci turda ermənistanlı Levon Aronyanla heç-heçə edən şahmatçımız sonrakı qarşılaşmada niderlandlı Yorden Van Forest üzərində qələbə qazanıb. Ş.Məmmədyarov sonrakı turlarda Maqnus Karlsen və ABŞ təmsilçisi Uesli So ilə qarşılaşmalarını da heç-heçə ilə başa vurub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 10 turun nəticəsinə görə, 6,5 xalla 4-cü pillədədir.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.