Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə yenə heç-heçə edib

Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə yenə heç-heçə edib

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib – 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) – Din Lijen (Çin)

Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) – 1:0

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Gununsesi.info

COMMENTS