
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov BƏƏ-nin Şarca şəhərində keçirilən ilk FİDE Qran-Prisində 3-cü yeri tutub.
“Report”un məlumatına görə, 32 yaşlı zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gələrək, xallarını 5,5-ə çatdırıb.
Nəticədə o, rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye-Laqravla birgə ilk 3-lükdə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.
İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.
Gununsesi.info