Şəhriyar yenidən FİDE reytinqində ilk “10-luq”da

  • By admin
  • 01 Dekabr 2021 10:06

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. 

Gununsesi.info qurumun saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.

Xallarını 2767-yə çatdıran Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Teymur Rəcəbov isə 2753 xalla ötən ayla müqayisədə 1 pillə də geriləyib. O, 14-cü pillədə qərarlaşıb.

Gununsesi.info