Şəhriyarın qardaşı vəfat etdi

Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın qardaşı vəfat edib.

Gununsesi.info xəbər verir ki, Məhəmmədhüseyn Şəhriyarın qardaşı Mirsadiq Xoşginabi dünyasını dəyişib.
Mirsadiq Xoşginabi 1934-cü ildə Təbrizdə anadan olub. Təqaüddə olan Mirsadiq Xoşginabi Təbrizdəki Şəhid Dəstqib orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Gununsesi.info