“Səhvlərim vardı, gələn yarışlarda düzəltməyə çalışacağam” - CƏBRAYIL HƏSƏNOV

  • By admin
  • 22 Sentyabr 2019 22:28

“Əlbəttə, istərdim ki, əvvəlki məğlubiyyətimin əvəzini çıxım. Amma alınmadı”.

Gununsesi.org-un məlumatına görə, bunu Nur-Sultandakı dünya çempionatında 79 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib.

HTML tutorial

Təcrübəli pəhləvan rəqibi Kayl Deyki gözlədiyi kimi güləşmədiyini bildirib: “Rəqib ilk yarıda ehtiyatlı güləşdi. İkinci hissədə iki imkan oldu, bacarmadım. Səhvlərim vardı, gələn yarışlarda düzəltməyə çalışacağam. Builki dünya çempionatınının finalında o, məni öz güləşinə çəkdi. Ötən gün yarımfinal görüşündə qolumda ağrılar hiss etdim”.

Həsənov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək olimpiya çəkilərindən hansında çıxış edəcəyinə qərar verəcəyini də diqqətə çatdırıb. O, özümü bəxtsiz idmançı saydığını etiraf etsə də, hər bir nüfuzlu yarışda medal qazanması ilə təsəlli tapdığını vurğulayıb.

Sərbəst güləş yığmasının kapitanı komanda yoldaşlarına çoxlu haqsızlıqların olduğunu da vurğulayıb.

 

 

Gununsesi.org