“Mənə toy lazım deyildi. Məndən olsa, toy etməzdim. Bu məsələlərə bir qədər başqa cür baxıram. Toy olması, uşaq olması şərt deyil. Mən o ağılda biri deyiləm. Anam və bacılarıma görə, toy etdim. Toy etdiyim üçün indi deyinirəm. Nəyə lazım idi axı?”
Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “MTV” televiziyasında yayımlanan verilişlərdən birində aparıcının ailə həyatı ilə bağlı verdiyi sualı cavablandırarkən deyib.
Səidə Sultan aparıcının uşaq ilə bağlı sualına belə cavab verib:
“Uşaq sevmirəm. Artıq gec olduğunu düşünürəm. Uşaq məsuliyyətdir. İtdən, pişikdən saxlayacağam da. Buna görə əlləşib, vuruşmuram. Hər gün bacım mənə uşaq şəkilləri göndərir. Dedim ki, istəyirsənsə, özün dünyaya gətir”.