
Şəki bazarında yanğın olub.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info