“Şəki-İpək” borc bataqlığında batır

  • By admin
  • 16 Sentyabr 2016 16:50

seki

“Aqrarkredit” yardım üçün əlavə yarım milyon manat kredit verməli  olub, hökumət isə subsidiya ayırmağa hazırlaşır

Ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etməküçün prezident sərəncam imzalayıb.

Gununsesi.info sərəncama əsasən bildirir ki, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda ipəkçilik istehsalı ilə məşğul olan “Şəki-İpək” ASC-nin Beynəlxalq Banka olan kredit borcuna görə bağlanmaq təhlükəsi iləüz-üzə qalmışdı. Hətta müəssisə bir müddət fəaliyyətinə fasilələr də vermişdi. Beynəlxalq Bank olaylarından sonra ASC “Aqrarkredit”in balansına verilib. Görünür, hökumət müəssisənin problemli kreditlərinin həlli üçün onu yenidən fəaliyyətini aktivləşdirməyəçalışır.

“İpəkçi” qəzetinin baş redaktoru Aydın Məmmədov bildirir ki, son illər tənəzzülə uğramış baramaçılıq Prezident İlham Əliyevin göstərişi ilə bu il qismən bərpa olunub: “Kənd Təsərrüfatı Nazirliyinin və yaxın keçmişdə barama yetişdirilməsi ilə məşğul olmuş rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə prezidentin göstərişi müvəffəqiyyətlə yerinə yetirildi. Lakin gözlənildiyinin əksinə olaraq kümdarların yetişdirdikləri yaş baramanı dövlət özü satın almadı, bu işi “Şəki-İpək” ASC-nin öhdəsinə buraxdı.

“Aqrarkredit” “Şəki-İpək” ASC-yə 400 min manat kredit verdi ki, yaş baramanı 1 kq -na 8 manat ödəməklə kümdarlardan satın alsın. Bütün pul barama alınmasına sərf olunub, hələüstəlik, ASC 150 min manat borclu da qalıb. Yəni yerlərdən gətirilən 150 min manatlıq baramanın pulunun ödənilməsi üçün də ASC-yəəlavə kredit də verilməlidir. Nəticədə 46 milyon manat kredit borcu olan “Şəki-İpək” ASC-nin gedər-gəlməz kredit borcu bir daha artır”.

A.Məmmədovun sözlərinə görə, barama mövsümü başlayanda “Aqrarkredit” “Şəki-İpək” ASC-nin baş müəssisəsindəki uzun illər fəaliyyətsiz qalmış bəzi istehsalat və sexlərin, qazanxananın işlək vəziyyətə gətirilməsi üçün müəssisəyə yarım milyon manat civarında kredit ayırmışdı: “Hər iki halda buraxılan kreditin geri qayıtma perspektivi yoxdur. Belə ki indiki vəziyyətdə baramaaçan istehsalatı cəmi 20 % istehsal gücü ilə işləyir. Sovet dövründə burada 1800 işçi vardı və sutkaya 500 kq xam ipək əldə olunurdu. İndi isə 100-200 nəfərləsutkaya 100 kq məhsul istehsal olunur”.

Məmmədov əlavə edir ki, bundan başqa dünya bazarında 1 kq xam ipəyin qiyməti 30-50 dollar arasında dəyişir. Əgər “Şəki-İpək” ASC kümdarlardan baramanı 8 manata alıbsa, 1 kq xam ipəyin maya dəyəri 80 dollara başa gələcək: “Bu isə o deməkdir ki, Şəkidə istehsal olunan ipək parça və ipək məhsullarınıölkə xaricində satmaq mümkün olmayacaq”.

Bu səbəbdən ekspert müəssisəyədotasiya ayrılmasını, vergi və gömrük güzəştlərinin tətbiq olunmasını vacib sayır.

A.Məmmədovun dediyinə görə, bir neçə gün əvvəl “Şəki-İpək” ASC bir qrup işçiləri adından prezidentə və bir sıra aidiyyəti üzrəşəxslərə bir açıq məktubünvanlanmışdı və regionun“İpəkçi” qəzeti həmin müraciəti dərc etmişdi.

Müraciətdə deyilirdi: “Şəki İpək Kombinatıötən əsrin əvvəllərindən fəaliyyət göstərən iri ipəkçilik müəssisəsidir. Sovet İttifaqı dövründə müəssisə təqribən 7000 işçi ilə fəaliyyət göstərmişdir. Bu müəssisəŞəkinin iqtisadiyyatının ana sütunu olmuşdur. Burada əsas məqsəd iş yerlərinin olması, əhalinin məşğulluğu idi. Demək olar ki, Şəkidə yaşayan ailələrin təqribən 90 faizi bu müəssisədən qidalanmışdır. Bəs indi bu müəssisədə vəziyyət necədir? Çox təəssüflər olsun ki, Şəki ipək kombinatı hal-hazırda ağlagəlməz acınacaqlı bir vəziyyətdədir. Müəssisə hardasa 600-a yaxın işçi ilə fəaliyyət göstərirdi. 2015-ci ilin iyun ayından bunada son qoyulub. Əvvəl işçiləri ödənişli əmək məzuniyyətinə, ardınca isə məcburi şəkildəödənişsiz məzuniyyətə buraxıblar. Əmək məzuniyyəti olmayanları isə birbaşa ödənişsiz məzuniyyətə məcburi şəkildə buraxıblar. Səbəbinidə xammal çatışmazlığı qoyublar”.

“2014-cü ilin oktyabr ayında müəssisədə rəhbər dəyişikliyi oldu, idarə heyəti yenidən formalaşdı. Arif İbrahimov “Şəki-ipək” ASC-nin idarə heyətinin sədri oldu. Elə həmn andan müəssisədə yerlibazlıq, tayfabazlıq, qohumbazlıq hökm sürməyə başladı. İdarə Heyətinin yeni sədri Arif İbrahimov öz ətrafına Gəncədən “qoçu”lar gətirdi. “Qoçu”nun birini – Nizami Qəribovu idarə heyətinin üzvi seçib, texniki və kommersiya üzrə direktor təyin etdi. Digər “Qoçu”nu – Etibar Həsənovu isə Maliyyə direktoruna müavin təyin etdi. İstər idarə heyətinin sədri, istərsə də texniki direktorun, heç birinin ixtisası ipəkçiliyə, toxuculuğa aid deyil. İxtisassız, savadsız kadrlara “Şəki-ipək” ASC-nin ehtiyacı var idimi?

“Əgər müəssisədə xammal çatışmazlığı var idisə, nəüçün bu rəhbərlik fəaliyyətə başlayandan bu haqda düşünməyib? Çünki bu rəhbərliyi “Şəki-ipək” ASC-nin işləməsi maraqlandırmır. Bu “işbazlar”lar Şəkiyə ipək kombinatını dirçəldib işlətməyə gəlməyib, müəyyən maxinasiyaları həyata keçirib varlanmağa və müəssisəni çıxılmaz iflic bir vəziyyətə salmaq, yəni Şəkidəİpəkçiliyi birdəfəlik kökündən məhv etmək üçün gəliblər. İpək və ipəkçilik haqqında təsəvvürləri olmayan dağıdıcı insanlar hansı ipəkçiliyin inkişafından danışa bilərlər?”, -deyilir.

İşçilər prezidentə müraciətdə aşağıdakı problemi həll etməyi xahiş edirlər.

1. Şəki-İpək ASC(Şəki ipək kombinatının) rəhbərliyi – “İşbaz”lar -Nizami Qəribov və onun komandası (tam idarəedici orqan) tam olaraq yarıtmaz fəaliyyətlərinə görə tutduqları vəzifələrdən azad olunsun və fəaliyytləri kompleks şəkildə tam dəqiqliklə yoxlanılaraq barələrində ciddi tədbir görülsün;

2. Şəki-İpək ASC(Şəki ipək kombinatı)-na ipəkçiliyi və toxuculuğu yüksək səviyyədə bilən, intellektual səviyyəsi yüksək və insanlarla işləmək qabiliyyəti olan ixtisaslı mütəxəssis rəhbər təyin olunsun;

3. Bütün qanunsuzluqlara, özbaşınalıqlara və haqsızlıqlara son qoyularaq müxtəlif bəhanələrlə, o cümlədən aldadılaraq işdən azad olunmuş və işdən azad olunmaq həddində olan işçilər öz vəzifələrinə bərpa edilsinlər;

4. Müəssisədə təcili olaraq bütün işçilərin yenidən öz işlərinə qaytarılması və bütün iş ahənginin yenidən bərpa olunmasına təcili olaraq yüksək səviyyədə köməklik etməyinizi Sizdən xahiş edirik.

 

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info