Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhərinin S. Rəhman küçəsində fərdi sahibkar Fərahim Yavər oğlu Abdulkərimova məxsus “Şəki” kafesində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Gununsesi.info -ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.