Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 21 Aprel 2024 16:38

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.

 

Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

İ. Həsənovaya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.

 

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info