Şəki sakini tüfəngi könüllü təhvil verdi

  • By admin
  • 27 Aprel 2017 13:50

tufeng_01111444

Şəki şəhərinin Cəfərabad kənd sakini müvafiq sənədləri olmayan 3 ədəd ov tüfənglərini könüllü olaraq təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Şəki şəhərinin Cəfərabad kənd sakini Xanlar Məmmədov müvafiq sənədləri olmayan 3 ədəd “İJ-58” markalı ov tüfənglərini könüllü olaraq ŞRPŞ-yə təhvil verib.

Anar
Gununsesi.info