“Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışı təkcə Şəkinin deyil, eyni zamanda Balakəndən Bakıya qədər olan bu yol üzərində yerləşən rayonların inkişafına öz töhvəsini verəcək”.
“Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsinin işə salınması Şəkidə yeni emal sənayesi müəssilərinin yaradılması işinə impuls verməklə rayonun gələcək sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Gununsesi.info bildirir ki, bunu millət vəkili Əli Məsimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəkiyə səfərini şərh edərkən bildirib.
Məlim olduğu kimi, dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfər etmişlər.Səfər çərçivəsində bölgənin sosial-iqtisadi baxımından inkişafına töhvə verə biləcək bir sıra icrası başa çatmış infrasturuktur layihələrinin açılışları edilmişdir.
Millət vəkili Əli Məsimli həmin səfəri Moderator.az-a şərh edərkən bildirb ki, Azərbaycan Prezidentinin Şəkiyə səfər çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışı təkcə Şəkinin deyil, eyni zamanda Balakəndən Bakıya qədər olan bu yol üzərində yerləşən rayonların inkişafına öz töhvəsini verməklə, bölgə əhalisinin, turistlərin, eləcə də Gürcüstan Respublikasına və ya əks istiqamətdə bu yol vasitəsilə ilə səfər edən insanların rahat gediş-gəlişini təmin etməyə, yolda itirilən zamanın qısaldılmasına, təhlükəsiz hərəkətə və nəhayət beynəlxalq yükdaşımalarda səmərəliliyin artırılmasına ciddi şəkildə kömək göstərəcəkdir. Eyni zamanda Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsinin işə salınması Şəkidə yeni emal sənayesi müəssilərinin yaradılması işinə impuls verməklə rayonun gələcək sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Millət vəkili əlavə edib ki,səfər çərçivəsində Prezidentin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkilməsi qoruq ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olması və bərpa işləri başa çatmış Xan Məscidi kompleksinin açılışının etməsi, Şəkinin mədəni həyatında böyük əhəmiyyətli hadisə olmaqla, bu səfərin trayektoriyasının timsalında ölkəmizin gələcək siyasi-iqtisadi, mədəni inkişafında qarşıya qoyduğu hədəflərin başlıca istiqamətlərini vektorial olaraq izləməyə imkan verir.Səfəri zamanı Prezident tərəfindən Şəkiyə məxsus olan nadir sənət-şəbəkə sənətinə çox yüksək qiymət verildi.Şəbəkə emalatxanasının yerləşdiyi bina memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Hazırda bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliyyət göstərəcək. Prezident tərəfindən Şəki Xan Sarayının təmiri məsələsinin gündəmə gətirilməsini də buraya əlavə etsək, deyə bilərik ki, qarşıya qoyulan əsas hədəf, tarixi keçmişə sayğı, tarixi öyrənmək və ona sahiblənmək, kökləri ən qədim zamanlara gedib çıxan dövlətçilik ənənələri üzərində, milli birliyə və vətənsevərliyə dayanan daha güclü siyasi-iqtisadi, hərbi gücə sahib Azərbaycanın qurulması və daha böyük hədəflərə nail olunması yeni dövr üzrə başlıca hədəfimizdir.Çünki Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox,həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb.Ona görə də postmüharibə mərhələsində də Azərbaycan hərbi sahədə olduğu kimi, bütün sahə və istiqamətlərdə-iqtisadiyyatda, təhsildə, elmdə, səhiyyədə və digər sahələrdə də rəqabət qabiliyyətli olmalıdır.Bu kontekstdə yeni mərhələnin məntiq və cağırışlarına uyğun surətdə gələcəyə sərmayə qoyuluşunu atırmaq çox vacibdir. Təbii ki, bu zaman insan kapitalının rəqabət qabiliyyətinin artırılması prioritet təşkil etməlidir.İnsan kapitalının rəqabət qabiliyyətinin artırlmasında təhsil və elm əvəzolunmaz rola malikdir.Bu özünü regionların timsalında da göstərməliidr.
Əli məsimli bu məsələni regional kontekstdən şərh edərkən bildirib ki, Şəki tarixən dövlətçiliyimizin əsas mərkəzlərindən biri olmuşdur. Şəkini obrazlı şəkildə dövlətçiliyimizin qalalrından biri olduğunu söyləyə bilərik. Bu gün rayonun ölkəmizin gələcək inkişafına verə biləcəyi töhvələri saymaqla qurtaran deyil. Onlar sırasında bölgənin təbii və reakrasion ehtiyyat və iqtisadi resurs və potensialını, yüksək erudisiya və fitri istedada dayanan insan kapitalını xüsilə qeyd edə bilərik. Bu mənada sıçrayışlı tərəqqiyə nail olmaqdan ötrü qeyd olunan istiqamətlərə xüsusi yanaşma ortaya qoymaqla əldə edilmiş iqtisadi naliyyətlərin və gəlirlərin ilkin olaraq insan kapitalının inkişafına yönəldilməsi, ikinci mərhələdə isə əks istiqamət üzrə insan kapitalının iqtisadi inkaşafa yönəldilməsi kimi uğurlu kombinasiyanın qurulmasına ciddi ehtiyac vardır. Qeyd olunan kombinasiyay nail olmaq üçün başlıca şərt bögədə təhsilin inkişafına yönəlik yeni layihələrin həyata keçirilməsindən asılıdır.Qədim tarixi olan Şəkidə elmə, təhsilə həmişə böyük maraq olub. Bu şəhər Azərbaycan təhsilinin, elminin, pedaqoji fikir tarixinin formalaşmasında yaxından iştirak edib.XIX əsrin 30-cu illərində Zaqafqaziyada ilk qəza məktəblərindən biri məhz Şəkidə fəaliyyətə başlayıb.Şəki, həmçinin Azərbaycan və dünya elminə, ədəbiyyatına, təhsilinə böyük töhfələr vermiş görkəmli insanların vətənidir.Artıq 30 ildir ki, Şəkidə ali təhsil müəssisəsi fəaliyyət göstərir. 1992-ci ildə BDU-nun Şəki filialı kimi fəaliyyətə başlamış ali təhsil müəssisəsi bu gün ADPU-nun Şəki filialı kimi fəaliyətini davam etdirir. Bu illər ərzində sözügedən ali təhsil müəssisəsinin həm imfrastrukturu, həm də peşəkar kadr bazası förmalaşmışdır. Deyə bilərik ki, bu ali təhsil müəssisəsi artıq müstəqil universitet kimi fəaliyyət göstərə bilər. Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, bu gün Pedaqoji Universitetin filialı kimi fəaliyyət göstərdiyindən bu ali təhsil müəssisəsində yalnız pedaqoji istiqamətlər üzrə kadr hazırlığı aparılır. Bu da filialın imkanlarını məhdudlaşdırır, onun əmək bazarının bugünki tələblərinə uyğun şəkildə yeni istiqamətdə mütəxəssis hazırlama imkanlarını azaldır. Digər tərəfdən Şəki ölkəmizin Şimal-Qərb hüdudunda yerləşən ən böyük mərkəz olduğundan burada müstəqil universitetin mövcudluğu ölkəmiz üçün siyasi-strateji və ideoloji baxımdan da əhəmiyyətlidir. Bu baxımdan burada müstəqil universitetin fəaliyyət göstərməsi Gürcüstan azərbaycanlılarının ölkəmizdə ali təhsilə cəlb edilməsi baxımından da əlverişli olar. Bu gün ölkəmizdə fəaliyyət göstərən universitetlər şəbəkəsinə diqqət yetirsək, onu da görərik ki, mərkəz funksiyasını yerinə yetirən şəhərlər arasında hələ də yalnız Şəkidə müstəqil ali təhsil müəssisəsi yoxdur.
Məsələnin iqtisadi baxımdan önəmi ondan ibarətdir ki, Şəki bir ucu İsmayıllıdan Balakənə qədər, digər ucu Mingəçevir və Göyçay olmaqla, böyük bir bölgənin, demək olar ki, qovşağında yerləşir. Burada təxminən 700 minə yaxın əhali yaşayır. Şəkidə müstəqil universitetin fəaliyyət göstərəcəyi və burada pedaqoji istiqamətlərlə yanaşı əmək bazarının müasir tələblərinə yönəlmiş yeni istiqamətlər üztə fakültə və ixtisaslarının açılması qeyd etdiyimiz bölgədən olan tələbələrin bura marağını artırar və bu da öz növbəsində Şəkidə yeni iş yerlərinin açılmasına, ticarətdən əldə edilmiş gəlirlərin artmasına, aztəminatlı, lakin müəyyən əlavə mənzil imkanları olan şəxslərin mənzillərin kirayə verilməsində əldə olunan gəlirlərin artmasına, bir sözlə, şəhər büdcəsinə əlavə dəstək olmuş olar. Bununla paralel olaraq, Şəkidən və ətraf rayonlardan olan şəxslərin Şəkidə ali təhsilə cəlb edilməsi ailələrin xərcinin azalmasına səbəb ola bilər. Yəni bir şəxsin Şəkidəki təhsil xərcləri ilə Bakıdakı təhsil xərcləri arasında çox fərq vardır.
Eyni zamanda bölgələrdə ali təhsil müəssisələrinin təsisi hər gün haqqında söhbət açdığımız Bakıdakı demoqrafik sıxlığın qarşısının alınmasına kömək ola bilər.
Şəkidə müstəqil universitetin açılması, eyni zamanda müxəlif bölgələri təmsil edən şəxslərin Şəkidə bir araya gəlməsinə, bununla da təbliğ və əxzetmə yolu ilə şəhərin mədəni mühitinin rəngarəngləşməsinə və inkişafını təkan verə bilər.
Bu qeyd edilənləri ümumiləşdirərək, deyə bilərik ki, Şəkidə müstəqil Universitetin açılması həm siyasi-ideoloji, iqtisadi aspektlərdən vacibdir, bölgənin mədəni inkişafı baxımından önəmlidir. Əgər burada müstəqil universitet açılarsa, burada əmlak bazarının yeni tələblərinə uyğun, xüsusən də aqrar və turizm sahələrinə aid ixtisaslar açıla bilər. Cənab Prezidentin Şəkiyə səfəri zamanı yerlı sənətkarlarla da görüşmüş, onların işləri ilə tanış olmuşdur. Hesab edirik ki, burada müstəqil universitet təsis ediləcəyi halda burada açılacaq ixtisaslar sırasında “el sənətkarlığı” və ya qədim “sənət-peşə növləri” ixtisasının açılması məqsədəuyğun olardı. Bu eyni zamanda milli mədəni dəyərlərimizin, sənətkarlıq tarixinin öyrənilməsi və dünyaya təbliği istiqamətində mühüm rol oynayacaqdır.
Millət vəkili sonda xüsusi vurğulayıb ki, bu gün mən də daxil olmaqla, Şəkidən və Şəkiyə yaxın ətraf rayonlardan olan ziyalılar və elm adamları Müstəqil Şəki Universitetinin fəaliyyətini dəstəkləmək məqsədilə burada davamlı olaraq mühazirələr oxumağa,ustad dərsləri keçməyə hazırıq. Bizim bu istiqamətdə atdığımız addımarın və tərəfimizdən bir sıra alim və mütəxəssislərlə olan təmaslar və həmin müzakirələrin nəticələri ondan ibarətdir ki, bu məsələdə həmrəylik vardır. Bu da onu deməyə əsas verir ki, həmin üsudan istifadə edilsə, Şəki Universitetinin elmi dərəcəli kadrlar baxımdan fəaliyyət göstərməsi üçün problem olmayacaq.
Gununsesi.info