Şəkidə fərdi yaşayış evi yanıb.
Gununsesi.info xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün axşam saat 18:40 radələrində rayonun Şorsu kəndində, kənd sakini Əlövsət Yaqub oğlu Yaqubova məxsus, ümumi sahəsi 104 kv/m olam birmərtəbəli 4 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü bütövlüklə, yaşayış sahəsinin 88 kv/m-lik hissəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info