Şəkidə 56 yaşlı qadın dəm qazından zəhərlənib

  • By admin
  • 07 Yanvar 2018 17:30


Bu gün günorta saatlarında Şəki şəhəri,Şəhriyar küçəsi, ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Xuraman Nurəddin qızı Əkbərova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Gununsesi.info xəbər verir ki, MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı 56 yaşlı Xuraman Əkbərovanın yaşadığı ünvanda dəm qazından zəhərlənməsi məlum olub.

Xəstəxananın reanimasiya yerləşdirilən Xuraman Əkbərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info