
Şəkidə 61 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Şəki şəhərində baş verib.
Şəhər sakini 1962-ci il təvəllüdlü Xatın Nəsrulla qız İsaqovanın meyiti yaşadığı evin vanna otağında ailə üzvləri tərəfindən aşkarlanıb.
Xatın İsaqovanın dəm qazından boğularaq öldüyü məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info