Şəkidə ağır qəza –  Ölən var

  • By admin
  • 29 Yanvar 2017 13:21

qeza252

 

Şəki rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala yolunun 26-cı kilometrliyində “Naz Lifan” və “Vaz 2104” toqquşub. Nəticədə hər iki sürücü ağır xəsarət alıb.

Xəstəxanaya aparılan sürücülərdən biri orada keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info