Şəkidə döyülən həkim iş başında keçindi

  • By admin
  • 01 İyul 2018 22:40


Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Şəki (MRX) Təcili Yardım Şöbəsinin həkimi Şəki şəhər sakini 62 yaşlı Ələsgər Saleh oğlu Teymurov iyunun 30-u axşam saat 22 radələrində işdə olarkən qəfildən vəziyyəti pisləşərək vəfat edib. Şəki MRX-dan APA-ya verilən məlumatda Təcili Yardım şöbəsinin həkimi Ələsgər Teymurovun iş yerindən qəfildən ölməsi faktı təsdiqlənib və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmanın aparılırdığı bildirlib.

Həkim Ələsgər Teymurovun yaşadığı küçənin sakinlərnin verdiyi məlumata görə, Ələsgər Teymurovun vəfat etdiyi gün nahar saatlarına kimi qonşusu Şahin adlı şəxslə mübahisəsi baş verib. Mübahisə zamanı Şahin Ələsgər Teymurovun başına xəsarət yetirib. Ələsgər Teymurov axşam saatlarında MRX-nın Təcili Yardım şöbəsində növbətçi həkim olduğu üçün işə gedib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həkim Ələsgər Teymurovun iş yerində qəfil ölməsi faktı təsdiqlənib. Ələsgər Teymurovun meyiti üzərində məhkəmə tibbi-ekspertizanın aparıldığı, hadisə ilə bağlı bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

Gununsesi.info