Şəkidə faciəvi yol qəzası

  • By Admin2
  • 25 Aprel 2026 09:54

Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər – 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Gununsesi.info