Şəkidə güclü yanğın başladı, nazirlik HƏRƏKƏTƏ KEÇDİ

Şəki-Qax avtomobil yolunun Şəkinin ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

HTML tutorial

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. / “Report”

Gununsesi.info